Əli Əhmədov YAP-dakı vəzifəsində qalacaq - AÇIQLAMA

Əli Əhmədov YAP-dakı vəzifəsində qalacaq - AÇIQLAMA
  23 Oktyabr 2013    Oxunub:993
“Əli Əhmədovun baş nazirin müavini vəzifəsinə təyin edilməsi onun partiyadakı vəzifəsini yerinə yetirməsinə maneəçilik törətmir”.

Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

O bildirib ki, Əli Əhmədov həm baş nazir müavini vəzifəsini həm də partiyasının işlərini yerinə yetirə biləcək.

Qeyd edək ki, dünən Prezident İlham Əliyevin sərəncamı ilə Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov Baş nazirin müavini vəzifəsinə təyin olunub.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti