"Hürriyət" yanlışlığı aradan qaldırdı

"Hürriyət" yanlışlığı aradan qaldırdı
  20 Oktyabr 2013    Oxunub:623
Türkiyənin "Hürriyət" qəzeti Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanlışlığı aradan qaldırıb.
AzVision.az xəbər verir ki, bunu deputat Qənirə Paşayeva Facebook-da yazıb. O, www.hurpass.com saytı vasitəsilə elektron abunə olmaq üçün qeydiyyat tələb olunan hissədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qaradağ bölgəsinin "Dağlıg Karabağ Cumhuriyyeti" adı altında təqdim olunmasının dayandırılması və tamamilə çıxarılmasını müsbət qiymətləndirdiyini bildirib: "Ötən gün "Hürriyyət"ə müraciətimizdə Azərbaycanın ərazi bütövlüyünə böyük sayğısızlıq olan bu halın araşdırılmasını və bu ciddi səhvin, xətanın düzəldiləcəyini gözlədiyimizi vurğulamışdıq. Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü kimi bu kimi xoşagəlməz halın iki qardaş ölkəni bir-birinə bağlayan qırılmaz əlaqələrin ruhuna yaraşmadığını vurğulamış, Azərbaycan-Türkiyə qardaşlığına paxıllıq və qısqanclıq edən düşmənlərimizi yalnız və yalnız sevindirə biləcəyini qey etmişdik. Qardaş Türkiyə dövlətinin hər zaman ədalət və beynəlxalq hüquq prinsiplərindən çıxış edərək, Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsi və beynəlxalq platformalarda Azərbaycanın haqq işini dəstəkləməsi, Azərbaycan xalqının da qardaş Türkiyənin bu ədalətli mövqeyini daim yüksək qiymətləndirməsi və Azərbaycanın da bütün beynəlxalq məsələlərdə öz qardaşlıq dəstəyini Türkiyədən əsirgəməməsi xüsusi vurğulanaraq bu xoşagəlməz halın təcili aradan qaldırılmasının vacibliyini qeyd etmişdik. Müraciətdə vurğulanırdı ki: "Qeyd olunanların fövqündə ümid edirik ki, "Hürriyət" qəzeti Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik əlaməti olan bu məqamı təcili şəkildə aradan qaldıracaq və onun bir daha təkrarlanmasına heç vaxt yol verməyəcək". Elə bu gün "Hurpass.com"da bu hala son qoyulub. Müraciətimizə dərhal reaksiya verdikləri və ciddi xətanın təcili düzəldilməsi hər birimizi məmun etdi. İnanırıq ki, bir daha belə hallar təkrarlanmayacaq və xoş münasibətlər davam edəcək".


Teqlər:





Xəbər lenti