"Bakı mirvaridir, dünya səviyyəli şəhərdir" - Rəhmon
Tacikistan prezidenti çıxışında bildirib: "Azərbaycanın incəsənət xadimləri çıxış edəndə, televiziyada, yaxud radioda veriliş gedəndə və Azərbaycan musiqisi, mahnısı eşidiləndə dərhal bizdə - Tacikistanda bunu öz sənəti kimi qəbul edirlər. Onlar buna çox diqqətlə yanaşırlar. Çox diqqətlə. Biz uğurlarınıza sevinirik. Mən bu hissləri sözlərlə ifadə edə bilmirəm. Mən bunun canlı şahidiyəm. Münasibətlərimizin ilk günündən görürəm ki, təkcə paytaxt Bakının deyil, bütün Azərbaycanın siması dəyişir. Mən Qəbələdə, digər sənaye regionlarında olmuşam. İnkişaf göz qabağındadır. Bilirsiniz, Bakı mirvaridir, dünya səviyyəli şəhərdir".
Teqlər: Rəhmon