Binəli Yıldırım və Hulusi Akar Bakıya gələcək

  24 İyul 2018    Oxunub : 3641
Binəli Yıldırım və Hulusi Akar Bakıya gələcək
Türkiyə parlamentinin (TBMM) sədri Binəli Yıldırım və milli müdafiə naziri Hulusi Akar yaxın günlərdə Bakıya səfər edəcək.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.
Çavuşoğlu yenidən Bakıda olmaqdan məmnunluğunu ifadə edib: “Biz qardaşıq, bir millət, iki dövlətik. Amma gözəl ənənələrimiz də var. Bunlardan biri seçkidən sonra ilk səfərlərin qarşılıqlı olaraq bir-birimizin ölkəmizə edilməsidir. Yaxın günlərdə parlament sədri Binəli Yıldırım Bakıya gələcək. Daha sonra milli müdafiə nazirimiz səfər edəcək”.

Çavuşoğlu, həmçinin qeyd edib ki, Məmmədyarovla görüşdə ikitərəfli, hətta dördtərəfli əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə dair məsələlər müzakirə olunub.

AzVision.az

Teqlər: Türkiyə   Çavuşoğlu