ABŞ hökuməti Azərbaycana minnətdarlıq edir
"Onlar Əfqanıstanda sülh prosesinə və Prezident Məhəmməd Əşrəf Qaninin bu sahədə gördüyü işlərə dəstək verir. Biz Bakı görüşündə də sülhə və Prezident Məhəmməd Əşrəf Qaninin sülhün bərqərar olunmasına dair fəaliyyətinə güclü dəstəyimizi bildirdik. ABŞ və Azərbaycanın Əfqanıstan məsələsində əməkdaşlığı Azərbaycanla münasibətlərimizin dərinləşməsinə ciddi zəmin yaradan amillərdən biridir. Bu dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edirik. Bakının görüş yeri seçilməsi faktı bu ölkənin oynadığı rolun təzahürüdür. Azərbaycan Əfqanıstan məsələsində vacib rol oynayır"- Alis Uels qeyd edib.
AzVision.az
Teqlər: ABŞ Əfqanıstan