Prezident Goranboya 3 milyon manat ayırdı

Prezident Goranboya 3 milyon manat ayırdı
  05 İyun 2018    Oxunub:1230
Prezident İlham Əliyev iyunun 5-də “Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 40 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Goranboy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti