Etirazlardan qorxan Saakyan məmurları qurban verdi

Etirazlardan qorxan Saakyan məmurları qurban verdi
  05 İyun 2018    Oxunub:3342
Ermənistanın baş naziri Nikol Paşinyanın çağırışından sonra işğal altında olan Xankəndi şəhərində etiraz aksiyaları dayandırılıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan və keçmiş prezident Levon Ter-Petrosyan Qarabağ ermənilərinə müraciət edib.
Onlar Qarabağda, xüsusən də Xankəndində vəziyyətin gərginləşməsindən və bunun cəbhəyə mənfi təsirindən ehtiyat edərək aksiyaların dayandırılmasını tələb ediblər. Bu çağırışdan sonra etirazlar səngiyib.

Məlumata görə, Qarabağdakı separaçı rejimin rəhbəri Bako Saakyan 1 iyun tarixində "milli təhlükəsizlik xidməti" əməkdaşlarının davasından sonra yaranan gərginliyi azaltmaq üçün bəzi məmurları istefaya göndərməyə hazırlaşır. Artıq əldə edilmiş razılaşmaya əsasən, polis rəisi Kamo Ağacanyan və onun müavinlərinin istefaya göndərilməsi müzakirə edilir. Münaqişə iştirakçlarının aşkar edilməsi və araşdırma aparılması, cəzalandırılması istiqamətində konkret addımların atılacağı deyilir.



Paşinyanın çağırışından sonra Saakyanın etirazlara görə məmurları işdən çıxarması onun təlaş içində olduğundan xəbər verir. Görünən odur ki, separatçı "lider" öz kreslosunu qorumaq üçün bütün yaxın ətrafını qurban verməyə hazırdır.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Xankəndi   Etiraz   Bako-Saakyan  





Xəbər lenti