“Xaricilərə iş icazəsinin verilməsi daha şəffaf olacaq” - Vüsal Hüseynov
V.Hüseynov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən və xarici işçi qüvvəsi üçün daha çox müraciət edən şirkətlərin və təşkilatların nümayəndələrdən ibarət Məşvərət Şurası yaradılır:
“Şuraya AmCham, Türk İş Adamları Konfederasiyasının, Azərbaycan-Alman Xarici Ticarət Palatası kimi təşkilatların, BP və SOCAR kimi iri neft şirkətlərinin nümayəndələri daxil olacaq. Məşvərət Şurası xaricilərə iş icazəsinin verilməsinin daha şəffaf və rahat formada həyata keçirilməsini təmin edəcək. Bütün bu məsələlər işçi qaydasında şurada müzakirə olunacaq".
Xidmət rəisi bildirib ki, iş icazəsinin alınması üçün sənədlərin verilməsindən yekun rəy alınmasına qədər bütün prosesləri elektron qaydada izləmək mümkün olacaq.
V.Hüseynov, həmçinin vurğulayıb ki, Azərbaycanda xaricilərə verilən iş icazələri kvotalarının müəyyən edilməsində sahibkarların aktiv iştirakı vacibdir.
Xidmət rəisinin sözlərinə görə, rəhbərlik etdiyi qurum xaricilərin yaşayış yeri üzrə qeydiyyata düşməsini asanlaşdırmaq üçün elektron tətbiq üzərində iş qurur.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Miqrasiya-Xidməti Vüsal-Hüseynov