MAXE olmaq istəyənlərin nəzərinə!
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar. Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap variantı 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti - 2 nüsxədə;
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 2 nüsxədə;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 2 nüsxədə;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 2 nüsxədə;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
- hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 nüsxədə;
- məhkumluğun olub-olmaması barədə qeydiyyatda olduğu rayon Polis İdarəsi (şöbə, bölmə) tərəfindən verilmiş arayış.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi) və hərbi birliklərin qərargahları.
Müraciət etmə vaxtı: 2018-ci il iyunun 20-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 14.00-dək.
Telefon: (012) 538-85-62.
Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin hər hansı bir maddəsi (156-cı maddənin “a” bəndi (xidmət müddəti başa çatdığına görə) istisna olunmaqla) ilə ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğu olan hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.
AzVision.az