Özbəkistan prezidenti İlham Əliyevi təbrik edib

Özbəkistan prezidenti İlham Əliyevi təbrik edib
  11 Oktyabr 2013    Oxunub:1003
Özbəkistan prezidenti İslam Kərimov da İlham Əliyevi yenidən Azərbaycan prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

“Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyiniz altında həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycan xalqı tərəfindən geniş dəstəklənməsinin daha bir parlaq təsdiqi, dövlətin və cəmiyyətin sabit inkişafının, habelə ölkənin dünya birliyində layiqli yerinin möhkəmlənməsi işində yüksək xidmətlərinizin etiraf edilməsidir.

Əminəm ki, Özbəkistan və Azərbaycan arasında ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı və çoxplanlı əməkdaşlıq ölkələrimizin qardaş xalqlarının mənafeyi naminə bundan sonra da ardıcıl və hərtərəfli möhkəmlənəcək”, - deyə İ. Kərimov vurğulayıb.




Teqlər:  





Xəbər lenti