Avtomat satan şəxs tutuldu
Vətəndaşa məxsus idman çantasına hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman oradan 1 ədəd “AKC74Y” tipli avtomat, 22 ədəd 5.45 kalibrli patron və həmin avtomata aid bir ədəd sandıq aşkar edilib. Götürülmüş maddi sübutlar polis əməkdaşları tərəfindən ekspertizaya təqdim olunub. Dindirilmə zamanı İlham Nəsibov odlu silahı meşədən tapdığını, Ağstafa rayonuna satmaq üçün apardığını qeyd edib. Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.
AzVision.az