Kimya Qoşunlarında yarış keçirilir - Fotolar

Kimya Qoşunlarında  yarış keçirilir - Fotolar
  02 İyun 2018    Oxunub:1246
Müdafiə nazinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Kimya Qoşunlarında “Kütləvi qırğın silahlarından ən yaxşı mühafizə taqımı” adı uğrunda yarış keçirilir.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, yarışda taqımların şəxsi heyətinin kütləvi qırğın silahlarından mühafizə texnikası, ştat cihaz, xüsusi texniki vasitə və qurğuları işə hazırlaması, eləcə də hərbi kimyaçıların müəyyən edilmiş normativlərin yerinə yetirilməsi bacarıqları yoxlanılır.



Nəticələrə əsasən heyətlərin kütləvi qırğın silahlarından mühafizə, xüsusi və taktiki-xüsusi hazırlıqlarına uyğun olaraq ən yaxşı taqım müəyyən ediləcək.






AzVision.az


Teqlər: MN   Yarış  





Xəbər lenti