Naxçıvana narkotik keçirmək cəhdi alınmadı

Naxçıvana narkotik keçirmək cəhdi alınmadı
  02 İyun 2018    Oxunub:1720
Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş daha bir cəhdin qarşısı alınıb.
AzVision.az xəbər verir ki, 1984-cü ildə Lənkəran şəhərində doğulmuş Bakı şəhər sakini Həmidoğlu Taleh Əli oğlu əldə etdiyi narkotik vasitəni gizli yolla Naxçıvana keçirmək istəyib.

Ondan 71 bükümdə ümumi çəkisi 178,9 qram olan narkotik vasitə – heroin və 15 bükümdə ümumi
çəkisi 14 qram metamfetamin aşkarlanaraq götürülüb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in birinci siyahısına daxil edilib.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb.

AzVision.az


Teqlər: Naxçıvan   Gömrük   Narkotik  





Xəbər lenti