DİN narkotik əməliyyatı keçirdi - FOTO
Elşən Kərimovun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman iki ədəd kibrit qutusunun içərisində 32 ədəd siqaret kağızına bükülü, ümumi çəkisi 4.278 qram, Fərman Mirzəyevin üzərindən isə bir ədəd siqaret kağızına bükülü 0.7 qram çəkidə narkotik maddə hesab olunan heroin aşkar olunaraq götürülüb.
İlkin dindirilmə zamanı onlar narkotik maddə istifadəçisi olduqlarını etiraf ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
AzVision.az