Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlər keçirib

Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlər keçirib
  01 İyun 2018    Oxunub:1901
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu və Türkiyə hərbçiləri birgə təlim keçiriblər.
AzVision.az xəbər verir ki, Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, mayın 29-dan 31-dək Qars şəhərində Türkiyə-Azərbaycan döyüş atışlı birgə təlimləri baş tutub.

Təlimlərdə məqsəd hər iki ölkənin piyada qoşunları arasında təcrübə mübadiləsi və əməliyyatlarının əlaqələndirilməsi olub.

AzVision.az


Teqlər: Naxçıvan   Təlim  





Xəbər lenti