"Samur" gömrüyündə hər gün 250 maşın yoxlanılır

"Samur" gömrüyündə hər gün 250 maşın yoxlanılır
  01 İyun 2018    Oxunub:1304
2018-ci ilin may ayında Samur gömrük məntəqsindən 30 minə yaxın nəqliyyat vasitəsi keçib.
AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Samur" Gömrük Postunun rəisi Asim Salmanov deyib.

O, bildirib ki, gün ərzində "Samur" Gömrük Məntəqəsinin idxal və ixrac xəttində ümumi olaraq 200-250-yə yaxın minik avtomobili yoxlanılır. Həmçinin adı çəkilən xətlərdən keçən yük avtomobillərinin də sayı 200-250-dir.

A.Salmanov qeyd edib ki, idxal və ixrac xətlərinin hər birindən eyni zamanda 3 yük avtomobilini yoxlamaq mümkündür: "Bir yük avtomobilinin yoxlanması 15-20 dəqiqə ərzində başa çatır. Bir minik avtomobilinin yoxlanması isə təxminən 5 dəqiqə müddətindədir".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Samur   Gömrük  





Xəbər lenti