Miqrasiya Xidməti uşaqları sevindirdi - FOTOLAR
Onların sağlam, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılıb. Dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda böyüyən əcnəbi ailələrin uşaqları da diqqət, qayğı və nəvazişlə əhatə olunublar. Təşkil edilən bu şənlik dövlətimizin nəinki ölkə vətəndaşlarına, həm də əcnəbi ailələrdə böyüyən uşaqlara qayğısının təzahürüdür.
Bu əlamətdar gün münasibətilə DMX-nin Həmkarlar İttifaqının iştirakı ilə təşkil edilən şənliyin iştirakçısı olan uşaqlara hədiyyələr təqdim olunub. Sonra azyaşlıların “İçəri şəhər” Dövlət Tarix Memarlıq Qoruğuna ekskursiyası təşkil olunub. Şirvanşahlar sarayı və digər zəngin tarixi və maddi-mədəniyyət abidlərimiz haqqında əcnəbi uşaqlara və valideynlərinə məlumat verilib.
Keçirilən bayram tədbiri uşaqların yaddaşında xoş izlər buraxıb və valideynlərin çox böyük razılığına səbəb olub. Onlar övladlarına göstərilən bu diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıq ediblər.
AzVision.az