Yol tikintisinə 5,8 milyon manat ayrıldı

Yol tikintisinə 5,8 milyon manat ayrıldı
  31 May 2018    Oxunub:1793
Prezident İlham Əliyev “Ağsu rayonunun Muğanlı–İsmayıllı (7 km)–Xatman–Hacman–Kalva–Suraxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamla iki min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Muğanlı–İsmayıllı (7 km)–Xatman–Hacman–Kalva–Suraxanı avtomobil yolunun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti