FHN 37 nəfəri yanğından xilas etdi

FHN 37 nəfəri yanğından xilas etdi
  31 May 2018    Oxunub:1217
Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında ümumi sahəsi 108 m2 olan 2 otaqlı mənzilin mətbəxində mebel 6 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, yüksək temperaturdan 1 ədəd məişət avadanlığı əriyib. Hadisə zamanı 37 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti