Cocuq Mərcanlıya növbəti köç başladı - FOTOLAR
T.Nəsirov qeyd edib ki, Cocuq Mərcanlıya qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi üçün dövlət tərəfindən lazımi tədbirlər görülür. Azərbaycan Prezidentinin müvafiq sərəncamları əsasında Cocuq Mərcanlı kəndində əkinlərin suvarma suyu ilə təmin olunması üçün nasos stansiyası, suvarma kanalı inşa edilib. Birinci mərhələdə kənddə məskunlaşan ailələr 40 hektar sahədə qarğıdalı, 10 hektarda şəkər çuğunduru, həmçinin bostan-tərəvəz bitkiləri əkiblər.
Əhalinin məşğulluğunun təmin edilməsi üçün Azərbaycan hökuməti ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin birgə layihəsi çərçivəsində Cocuq Mərcanlıda heyvandarlıq kompleksi, tərəvəz yetişdirmək üçün 15 ədəd istixana, həmçinin suvenir hazırlayan müəssisənin yaradılması da nəzərdə tutulur.
İyirmi beş ildir Bakıda məskunlaşan Almaz Hüseynova doğma yurda qayıtmağının sevincini bölüşüb: “1993-cü ildən Biləcəri qəsəbəsində, şəraitsiz bir binada yaşayırdıq. İndi isə uzun həsrətdən sonra doğma kəndimizə qayıdırıq. Artıq öz kəndimizdə hər cür şəraiti olan ikiotaqlı evimiz var. Çox sevinirik. Bu sevinci bizə bəxş edən, bizi doğma kəndimizə qovuşduran Prezidentimizə minnətdarlığımı bildirir, digər məcburi köçkünlərin də tezliklə öz ata-baba yurdlarına qayıtmasını arzulayıram”.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evi, 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb.
Cocuq Mərcanlı kəndi 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı zamanı azad olunub. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması mövcud təhlükəni də aradan qaldırdı.(AzərTac)
AzVision.az
Teqlər: Cocuq-Mərcanlı