Avstraliya parlamentindən AXC ilə bağlı bəyanat
Kreq Kelli demokratik respublikanın ömrünün qısa olmasını təəssüflə qeyd edərək onun sovet ordusunun işğalı nəticəsində süquta uğradığını bildirib. Deputat Azərbaycanın 70 ildən çox keçmiş Sovet İttifaqının tərkibində qaldığını söyləyib. Avstraliya Parlamenti deputatı əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın bütün ölkələrlə yaxşı münasibətlərinin olduğunu qeyd edib. Kreq Kelli Azərbaycanda qadınların hüquqlarının tam şəkildə təmin olunduğunu diqqətə çatdıraraq ölkəmizin dünyəvi prinsiplər əsasında inkişaf etdirildiyini bildirib.
O, ölkəmizə etdiyi səfərlərlə bağlı xatirələrini bölüşərək Azərbaycanın, o cümlədən Bakı şəhərinin nail olduğu iqtisadi inkişafa heyran olduğunu vurğulayıb. Deputat mühüm geosiyasi məkanda yerləşən Azərbaycanda demokratiya və iqtisadiyyatın bundan sonra da davamlı inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlar regiondakı digər dövlətlər üçün nümunə olmalıdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan deputat münaqişənin qarşılıqlı dialoq və BMT-nin müvafiq sənədləri əsasında həll olunmasının vacibliyini vurğulayıb.
AzVision.az
Teqlər: Avstraliya