ASAN E-gov modeli “Tallin E-hökumət 2018” konfransında
Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs ilə Estoniyanın Elektron İdarəçilik Akademiyası arasında elektron hökumətin inkişafı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi tərəflər arasında elektron hökumətin inkişafı və dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsidir.
Eyni zamanda konfrans çərçivəsində “Azərbaycan və Estoniya təcrübələri: e-xidmətlər və e-şəxsiyyət" mövzusunda təşkil olunmuş sessiyada “ASAN - yeni nəsil dövlət xidmətləri: reaktiv xidmətlərdən proaktiv xidmətlərə, “one-stop shop”dan – “non-stop shop”a” adlı təqdimat edilib. Təqdimat zamanı “ASAN xidmət” təcrübəsindən və Elektron hökumət sistemindən geniş bəhs edilib, Dövlət Agentliyi tərəfindən elektron hökumət, e-xidmətlər sahəsində həyata keçirilən layihələr və görülmüş işlər ilə bağlı ətraflı məlumat verilib.
AzVision.az