XİN Füzulidəki erməni təxribatına münasibət bildirib
XİN rəsmisi qeyd edib: "Təyinatına, ölçülərinə və xarici görünüşünə görə əkin sahəsində fəaliyyət göstərən kombaynı ayrıd etmək çox asandır. Lakin, aydın şəkildə görünür ki, Ermənistan silahlı qüvvələrinin məqsədi sözügüdən mülki obyektə qarşı hədəflənmiş hücum aktı olmuşdur.
Ermənistan tərəfindən qoşunların təmas xəttində təxribatlar törətmək məqsədilə qəsdən mülki insanların, o cümlədən azyaşlı uşaqların və mülki obyektlərin hədəfə alınması sistematik xarakter daşıyır.
Bu son hadisə də bir daha göstərir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunu davam etdirməsinə və Azərbaycanın ərazilərinin işğal altında saxlanmasına əsaslanan status-kvo qəbuledilməzdir və regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edir. İşğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır".
AzVision.az
Teqlər: XİN Hikmət-Hacıyev