Həmkarları İlham Əliyevi təbrik edib
"Zati-aliləri. Dost Azərbaycanın Milli Bayramı münasibətilə Zati-alinizə böyük məmnunluq hissi ilə ən xoş təbriklərimi çatdırıram. Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da inkişaf etməsini arzulayıram.
Zati-alinizə cansağlığı və səadət, dost ölkənizə və onun xalqına davamlı tərəqqi və rifah diləyirəm. Sizə olan yüksək ehtiramımı qəbul edin".
Eyni zamanda Keniya Respublikasının Prezidenti Uhuru Kenyatta, İrlandiyanın Prezidenti Maykl Higgins, Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov, GUAM-ın baş katibi Altay Əfəndiyev, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Təbrik