Prezident bu şəxsləri təltif etdi

Prezident bu şəxsləri təltif etdi
  29 May 2018    Oxunub:1400
Azərbaycan Prezidenti İlham Əliyev Fərid Adil oğlu Məmmədovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, o, “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə və Azərbaycanda sərgilərin təşkilində xidmətlərinə görə təltif olunub.

Eyni zamanda prezident İlham Əliyev Strahan Edvard Corc Dankanın və Vud Endryu Marlinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncamla hər iki şəxs “Xəzər Neft və Qaz” sərgi-konfransının 25 illiyi münasibətilə Azərbaycanın nailiyyətlərinin təbliğində və xarici ölkələrlə əməkdaşlığının möhkəmləndirilməsində xidmətlərinə görə mükafatlandırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti