Səfər Mehdiyev gömrükçülərin işini yoxladı - FOTOLAR

Səfər Mehdiyev gömrükçülərin işini yoxladı - FOTOLAR
  29 May 2018    Oxunub:3291
Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda mövcud vəziyyətlə tanış olub.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, Səfər Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Sınıq Körpü" gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib.



Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyi barədə DGK sədrinə ətraflı məlumat verilib. Daha sonra Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidini təmin etmək, eləcə də gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.





AzVision.az


Teqlər: DGK   Rəis  





Xəbər lenti