İlham Əliyev Trampa təşəkkür etdi - Yenilənib
Dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimini ölkələrimiz arasında uğurlu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə göndərdiyi məktuba görə təşəkkürünü bildirdi və ABŞ Prezidentinin həmin məktubda əməkdaşlığımızın mühüm istiqamətlərindən olan enerji sahəsində əlaqələrin inkişafı barədə ifadə etdiyi fikirlərin münasibətlərimizin yüksək səviyyəsinin nümunəsi olduğunu vurğuladı.
Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminə dəvətə görə minnətdarlığını bildirən ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk ölkələrimiz arasında energetika sahəsində möhkəm əsaslara söykənən əlaqələrin həyata keçirildiyini və bu əlaqələrin regionda əməkdaşlığın genişləndirilməsi, həm də, eyni zamanda, Avropanın enerji təchizatının şaxələndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirdi.
Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra genişlənəcəyinə əminlik ifadə olundu.
AzVision.az
Teqlər: Prezident İlham-Əliyev