Baytarlıq Xidmətinə yeni rəis təyin edildi

Baytarlıq Xidmətinə yeni rəis təyin edildi
  29 May 2018    Oxunub:1882
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə yeni rəis təyin edilib.
Bu barədə AzVision.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, nazir İnam Kərimovun əmri ilə Bayandur Rzayev Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, B.Rzayev buna qədər Gəncə şəhər Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyib.

AzVision.az


Teqlər: DBNX   Rəis   Təyinat  





Xəbər lenti