Bakı-Quba yolunda hərəkət dayandılır

Bakı-Quba yolunda hərəkət dayandılır
  29 May 2018    Oxunub:1810
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 11:00-dan axşam saatlarınadək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, bu üzdən yolda hərəkət iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AzVision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti