Gömrükdə külli miqdarda qızıl müsadirə edilib

Gömrükdə külli miqdarda qızıl müsadirə edilib
  29 May 2018    Oxunub:1412
Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Türkiyədən yük gətirən Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz Actros" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücünün üzərində şəxsi yoxlama aparılıb.
Komitədən AzVision.az-a verilən xəbərə görə, yoxlama zamanı, vətəndaşın gödəkçəsinin ciblərində əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan külli miqdarda zərgərlik məmulatı - 64 cüt sırğa, 55 ədəd bilərzik, 8 ədəd üzük, 34 ədəd sancaq, 2 ədəd sırğa, kulon və üzük dəsti, 62 ədəd kulon və 130 ədəd boyunbağı aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Qızıl  





Xəbər lenti