Bakıda bəzi yollar bağlanır

Bakıda bəzi yollar bağlanır
  29 May 2018    Oxunub:873
Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 11:00-dan axşam saatlarınadək Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Hava limanı yol qovşağınadək olan hissəsində, axşam saat 23:00-dan səhər saatlarınadək isə əks istiqamət üzrə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, bu məqsədlə prospektin sözügedən hissələrində nəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən göstərilən vaxt ərzində Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AzVision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti