Prezident Cənub Qaz Dəhlizinin açılışını etdi - FOTOLAR (Yenilənib)
Səfir Erkan Özoral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini səsləndirdi. Sonra Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin və BP Group Upstream-in baş icraçısı Bernard Luney çıxış etdilər.
Daha sonra “Şahdəniz 2” / Cənub Qaz Dəhlizi layihələri haqqında BP tərəfindən hazırlanmış videoçarx təqdim olundu. Sonda Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin açılışını etdi.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Cənub-Qaz-Dəhlizi