Ötən gün 90 cinayət faktı qeydə alınıb

Ötən gün 90 cinayət faktı qeydə alınıb
  29 May 2018    Oxunub:1582
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 90 cinayət faktı qeydə alınıb, onların 19-u “isti izlər”lə açılıb.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 12, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Həbs   Cinayət  





Xəbər lenti