İlham Əliyev ailəsi ilə birlikdə konsertdə - FOTOLAR (Yenilənib)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri konsertdə olublar.
Konsert proqramında tanınmış incəsənət ustaları çıxış ediblər. Sonda onlar birlikdə səhnəyə çıxaraq Azərbaycanın dövlət himnini oxuyublar.
İki saata yaxın davam edən konsert proqramına ümumilikdə 670 nəfərdən çox şəxs - tanınmış incəsənət xadimləri və yaradıcı heyət cəlb edilib. Konsertin bədii rəhbəri Əməkdar Mədəniyyət İşçisi Lalə Quliyeva olub.
Yüz il bundan əvvəl, 1918-ci ilin bu günü Azərbaycan özünün azad yaşamaq, müstəqil dövlət olmaq hüququnu bütün dünyaya bəyan etdiyi kimi, bu gün də tarixi, nailiyyətləri, qüdrəti ilə gücünü dünyaya nümayiş etdirə bilib. Konsert proqramındakı musiqi nömrələri, rəqslər Azərbaycanın tarixinə bir daha nəzər salmağa imkan yaradıb.
Təntənəli konsert proqramı Dənizkənarı Milli Parkda quraşdırılmış monitorda canlı yayımlanıb.
Konsert proqramının sonunda Dənizkənarı Milli Parkda bayram atəşfəşanlığı olub.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident AXC Konsert