Prezident Britaniyanın ticarət elçisini qəbul edib - (Yenilənib)
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına son səfərini məmnunluqla xatırladı.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, BP və SOCAR şirkətləri arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edildi.
Baronessa Emma Nikolson Bakıda keçirilən Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi və 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin önəminə toxunaraq bu tədbirlərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə üst-üstə düşməsinin rəmzi xarakter daşıdığını vurğuladı. Baronessa Emma Nikolson bu təbirləri əlamətdar hadisələr kimi dəyərləndirərək bu münasibətlə dövlətimizin başçısına təbriklərini çatdırdı.
AzVision.az
Teqlər: İlhamƏliyev BöyükBritaniya