Əhalinin sayı 9 milyon 911 min 472 nəfərə çatdı

Əhalinin sayı 9 milyon 911 min 472 nəfərə çatdı
  10 Aprel 2018    Oxunub:2550
Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 13 387 nəfər, yaxud 0,1% artaraq 2018-ci il mart ayının 1-i vəziyyətinə 9 911 472 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sayı 114 nəfər olub.

Əhalinin ümumi sayının 52,9%-i şəhər, 47,1%-i kənd sakinlərinin, 49,9%-i kişilərin, 50,1%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.

AzVision.az


Teqlər: DSK   Əhali  





Xəbər lenti