Əfv Komissiyasının iclasları davam edir

Əfv Komissiyasının iclasları davam edir
  09 Aprel 2018    Oxunub:1353
“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları davam edir”.
Bunu AzVision.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. O, bildirib ki, Əfv Məsələləri Komissiyası fasiləsiz iş aparır, sənədlər qəbul olunur və müvafiq arayışlar hazırlanıb komissiyaya təqdim olunur.

"Müraciətlər tam hazır olduqdan sonra komissiyanın iclasları keçirilir. Bu baxımdan proses davam etməkdədir”.

Komissiya üzvü qeyd edib ki, may ayında əfv sərəncamı ola bilər.

Qeyd edək ki, ümumilikdə indiyədək komissiyaya 1000-dək müraciət daxil olub və onların 600-dən çoxuna baxılıb.

Anar Kəlbiyev
AzVision.az







Teqlər: Əfv   Komissiya  





Xəbər lenti