AŞPA-nın seçki missiyası Azərbaycana gəlib

  09 Aprel 2018    Oxunub : 992
AŞPA-nın seçki missiyası Azərbaycana gəlib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 11 aprel prezident seçkilərini müşahidə edəcək missiyasının Azərbaycana səfəri başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak “Twitter”də yazıb.

Səfər zamanı onlar ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının üzvləri ilə birlikdə prezidentliyə 8 namizədlə görüşəcəklər.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: AŞPA   Seçki   Müşahidəçi