Azərbaycanlılar Niderlandda həmrəylik aksiyası keçirib - FOTOLAR
Qeyd edilib ki, Avropada yaşayan bir neçə şəxs xaricdə fəaliyyət göstərən diasporumuzu təmsil və ya onun adından çıxış edə bilməz.
Aksiya iştirakçıları hər zaman dövlətimizi, onun siyasətini dəstəklədiklərini bəyan ediblər.
Aksiya zamanı soydaşlarımız həmişə Azərbaycan ilə olduqlarını, Vətənin adını daim uca tutduqlarını, gücümüzün birliyimizdə olduğunu bildiriblər.
İştirakçılar “Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!”, “Vətəndən kənarda Vətənin adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq da!”, “Bizim gücümüz birliyimizdədir!”, “Azərbaycan qürurumuzdur. Qürurumuza toxunmayın!”, “Fəxr edirik ki, azərbaycanlıyıq!”, “Harada yaşamağımızdan asılı olmayaraq, hər zaman Azərbaycan dövlətinin yanındayıq!”, “Vətənimizin qüdrəti bizim qürurumuzdur!”, “Dövlətimizin və xalqımızın adını uca tutmaqdan şərəf duyuruq!” kimi şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları bəzi anti-Azərbaycan qruplara etirazlarını bildirərək deyiblər: “Təhqir acizlərin son silahıdır. Xaricdə yaşayan hər bir azərbaycanlı Azərbaycan dövləti ilə fəxr edir. Azərbaycanın dövlət rəmzlərini təhqir edənlərə ar olsun. Milli mənafelər şəxsi mənafelərdən öndə dayanmalıdır”.
Soydaşlarımız yaşadıqları ölkədən asılı olmayaraq, bütün azərbaycanlıları birləşməyə, ölkəmizdəki dincliyi və sabitliyi qorumağa səsləyərək deyiblər: “Dövlətçilik maraqlarımız ətrafında sıx birləşək. Azərbaycan dövlətində sabitliyə və dincliyə xələl gətirməyə cəhd etməyin”.
AzVision.az
Teqlər: