"Muensterdəki hadisə terror aktı deyil" - Nazir

"Muensterdəki hadisə terror aktı deyil" - Nazir
  08 Aprel 2018    Oxunub:1958
Muenster şəhərində baş verən hadisə terror aktı deyil.
AzVision.az-ın məlumatına görə, bunu Almaniyanın daxili işlər naziri Horst Zeyehofer deyib.

Nazir bildirib ki, araşdırma hadisənin terror aktı olmadığını göstərir: "Bu hadisə terror aktı deyil. Çünki, sürücü yalnız hərəkət edib".

H.Zeyehofer bildirib ki, faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün Almaniyanın Muenster şəhərində sürücü idarə etdiyi yük avtomobilini bir qrup insanın üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər: Almaniya  





Xəbər lenti