MDB PA-nın müşahidəçiləri sabah Bakıya gələcək

MDB PA-nın müşahidəçiləri sabah Bakıya gələcək
  07 Aprel 2018    Oxunub:1304
MDB Parlamentlərarası Assambleyasından (MDB PA) olan beynəlxalq müşahidə missiyası Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün aprelin 8-də Bakıda olacaqlar.
MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun Bakı filialının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya, Tacikistan, Moldova, Belarus, Qazaxıstan və Qırğız Respublikasından olan deputatlardan ibarətdir.

Bundan əlavə beynəlxalq müşahidəçilər missiyasına MDB PA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri aprelin 11-də keçiriləcək Azərbaycan Prezidenti seçkiləri müşahidə etmək üçün Bakı şəhərində və ölkənin bölgələrində olacaqlar. Həmçinin beynəlxalq müşahidəçilərin Azərbaycan Milli Məclisi, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan sonra MDB PA-dan olan beynəlxalq müşahidəçilər seçkilərin keçirilməsi ilə bağlı mətbuat konfransı keçirəcəklər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MDB   Seçki   Bakı  





Xəbər lenti