Prezident seçkiləri ilə bağlı daha bir prosedur başa çatır

Prezident seçkiləri ilə bağlı daha bir prosedur başa çatır
  07 Aprel 2018    Oxunub:1436
Seçicilərə müvafiq məntəqə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi üçün müəyyən olunan müddət sabah başa çatır.
AzVision.az-ın məlumatına görə, bu barədə aprelin 11-ə təyin edilən Azərbaycan Respublikası prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planında qeyd olunub.

Qanunvericiliyə əsasən, məntəqə seçki komissiyaları səsvermə gününə 24-3 gün qalanadək seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsini verə bilər.

Bu müddət isə 2018-ci il martın 18-dən aprelin 8-dək müəyyən olunub.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Seçki   MSK  





Xəbər lenti