Zərif azərbaycanlı tələbələrə müzahirə oxuyub
Rektor bildirib ki, hazırda universitetdə 5317 bakalavr, 238 magistr, 188 doktorant təhsil alır. O qeyd edib ki, universitetdə 9 xarici ölkədən 300-ə yaxın tələbə var.
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif universitetin tələbələri üçün İran-Azərbaycan münasibətlərinə dair mühazirə oxuyub. Nazir müasir dövrdə ölkələr arasındakı əlaqələrin vəziyyətinə nəzər salıb, İran-Azərbaycan münasibətlərinin nümunə gücündə olduğunu bildirib, sülhün və beynəlxalq təhlükəsizliyin təmin olunması sahəsində birgə təşəbbüslərin əhəmiyyətini qeyd edib.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Nazir İran XİN Naxçıvan