“Reket”lər Mətbuat Şurasının adından sui-istifadə edir - FOTO
“Həmin vəsiqələr tərəfimizdən Facebook sosial şəbəkəsində yayımlandı, onların Şuraya məxsus olmadığı vurğulandı. Bununla əlaqədar müxtəlif internet media resurslarında xəbərlər yer aldı. Ardınca hüquq-mühafizə orqanları hərəkətə keçdi və MŞ-nin adından saxtakarlıq edən şəxslər saxlanıldı”.
Daha sonra MŞ sədri sosial şəbəkədə qurum adından müxtəlif şəxslərə təqdim edilən “mükafata” münasibət bildirib: “Bu gün burada belə bir mükafatın şəkli paylaşılıb. Təbii ki, Mətbuat Şurasının üzərində şəkildə gördüyünüz formada və məzmunda hər hansı mükafatı yoxdur, heç zaman da olmayıb. Belə görünür, Şuranın adından yararlanaraq özlərinin lokal maraqlarını reallaşdırmaq yolu tutan kimlərsə yenə də “fəaliyyətdədir”.
Qətiyyətlə bildiririk ki, bu cür saxtakarlığa yol verən, Mətbuat Şurasının cəmiyyətdəki nüfuzuna xələl gətirməyə çalışan şəxslər qanunlarımız çərçivəsində cəzalanacaqlar. Bu öz yerində. Təəssüf ki, dələduz təfəkkürün məhsulu kimi meydana çıxdığı şübhə doğurmayan belə neqativ nümunələri Mətbuat Şurasına ünvanlanmış sətiraltı ifadələrlə, eyhamlarla bəzəyərək cəmiyyətə çatdırmaq yolu tutanlar da var. Belələrini şəkildə gördüyünüz mükafatı “dövriyyəyə buraxanlardan” müsbət mənada fərqləndirməkdə çətinlik çəkirəm. Gəlin, ədalətli olaq!”
AzVision.az
Teqlər: