Miqrantlara qarşı əməliyyat keçirildi - Saxlanılanlar var
Parajuli Sitaram əvvəllər törətdiyi qanunsuz əməllərə görə DMX tərəfindən ölkə hüdudlarından kənara çıxarılıb. Bundan əlavə, ölkə ərazisində qanunsuz yaşadığı üçün saxlanılmış Kamerun vətəndaşı Lourile Teneng Meshi Christellenin əvvəllər Azərbaycanda tələbə olduğu müəyyən edilib.
Belə ki, L.T.Meshi Christelleyə əyani təhsil əsasında müvəqqəti yaşama icazəsi verilib, sonradan həmin icazənin ləğv edilməsinə baxmayaraq o, ölkə ərazisini tərk etməkdən boyun qaçırıb. Əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
AzVision.az