Jurnalistləri təhqir edən direktorla bağlı AMEA-da iclas çağırıldı

Jurnalistləri təhqir edən direktorla bağlı AMEA-da iclas çağırıldı
  02 Aprel 2018    Oxunub:5474
Jurnalistləri təhqir etdiyi deyilən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun işinə Rəyasət Heyətinin iclasında baxılacaq.

Bu barədə AzVision.az-a AMEA-nın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev deyib. Onun sözlərinə görə, iclasda R.Məmmədovla bağlı qərar veriləcək.
“AMEA-nın prezidenti Akif Əlizadə akademiki kəskin şəkildə məzəmmət edib. Bildirildi ki, onun mövqeyi akademiyanın mövqeyi deyil. Onunla bağlı Rəyasət Heyətinin iclasında son qərar veriləcək”.

Qeyd edək ki, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov jurnalistlərin ünvanına təhqiramız fikirlər söyləyərək, onları “bezdarnı”, "savadsız", "heç nəyə yaramayan" adlandırıb. Bununla yetinməyən akademik jurnalistlərə “küçük” deyib.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA   Direktor   Ramiz-Məmmədov  





Xəbər lenti