Lökbatana giriş məhdudlaşdırılır

Lökbatana giriş məhdudlaşdırılır
  02 Aprel 2018    Oxunub:1227
Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin 28 may küçəsindən giriş hissəsində (dəmiryolu körpüsünün altından giriş) bu gün gecə saatlarından etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.
AzVision.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, sürücülər alternativ olaraq Nəriman Nərimanov küçəsi istiqamətindən qəsəbəyə daxil ola bilərlər.

AzVision.az


Teqlər: Lökbatan   Yol   Təmir  





Xəbər lenti