Bayılda intensiv geoloji işlərə başlanılır

Bayılda intensiv geoloji işlərə başlanılır
  02 Aprel 2018    Oxunub:1252
"Bu gündən etibarən Bayıl sürüşmə yamacında intensiv geoloji işlərə başlanılacaq"
Bunu AzVision.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, hazırda ərazidə vəziyyət stabildir və aktivlik müşahidə edilmir.

“Bu günə qədər apardığımız müşahidələrlə bağlı məlumatlar hazırlayaraq Nazirlər Kabinetinə verdik. Artıq hazırlıqlarımız bitib. Bu gündən etibarən ərazidə digər geoiloji işlər görüləcək və bu işlər intensivləşəcək”.

Qeyd edək ki, Bayılda baş verən sürüşmə nəticəsində 4 ev dağılıb, 98 ailə isə evlərindən çıxarılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: ETSN   Bayıl  





Xəbər lenti