Gəncədə təşviqat aksiyası davam edir - VİDEO

Gəncədə təşviqat aksiyası davam edir - VİDEO
  01 Aprel 2018    Oxunub:1435
Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsi prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.
Partiyanın sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində YAP Gəncə şəhər Təşkilatının gəncləri “İlhamla irəli” təşviqat aksiyasını davam etdirir.
.
Gənclər cənab İlham Əliyevin seçki kampaniyası üçün YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış seçki proqramı və bukletləri seçicilərə paylayıblar. Eyni zamanda, gənclər cənab İlham Əliyevin rəhbərliyilə son 15 il ərzində Azərbaycanda əldə olunan uğurlar və perspektivə hesablanmış hədəflər haqqında ətraflı izahat işləri aparıblar.



AzVision.az


Teqlər: Gəncə   YAP  





Xəbər lenti