Azərbaycanda hərbi xidmətə çağırış başladı

Azərbaycanda hərbi xidmətə çağırış başladı
  01 Aprel 2018    Oxunub:2568
Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, 2018-ci ilin aprelin 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.
AzVision.az xəbər verir ki, bir ay davam edəcək çağırış prosesində gənclər Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaqlar.

Qeyd edək ki, prezident İlham Əliyev 6 mart 2018-ci ildə "Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983–1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2018-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.

AzVision.az


Teqlər: Hərbi-Xidmət   Əsgərlik   Ordu  





Xəbər lenti